SON DƏQİQƏ

İran kürd antropoloqu həbs etdi

Tarix:

15-08-2019, 12:51

/ 1 359 dəfə oxundu.
İran kürd antropoloqu həbs etdi

İran hüquq mühafizə orqanları məşhur antropoloq Kamil Əhmədini naməlum ittihamlarla saxlayıblar.

GunAz.az xəbər verir ki, bu məlumatı “Teleqraf” qəzeti Əhmədinin həyat yoldaşı Şəfəq Rəhmaniyə istinadən yayıb. O, Əhmədiyə 1 aylıq həbs verildiyini bildirib.

Qəzet kürd əsilli antropoloqun Tehrandakı evində bazar günü həbs edildiyini vurğulayıb.

Qeyd edək ki, Əhmədi ikili vətəndaşlığa sahibdir. O, İranla bərabər, həm də Britaniya vətəndaşıdır.

скачать dle 12.1

Şərhlər