
Ayna Sultanovanın heykəli yerləşən parkda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılan köklü təmir işləri yekunlaşmaq üzrədir.
Bu sözləri GunAz.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər. İcradan qeyd edilib ki, yaxın günlərdə işlər tamamlanacaq:
“İşlər sürətlə davam edir, artıq böyük hissəsi yekunlaşıb. Hazırda parkda son tamamlanma işləri həyata keçirilir. İşlər yekunlaşan kimi bütün media nümayəndələri ilə birlikdə parkın açılışı həyata keçiriləcək. Bununla bağlı əvvəlcədən mediaya məlumat veriləcək”.
Xatırladaq ki, sözügedən park 2015-ci ildən təmir məqsədilə bağlanıb. Lakin o müddət ərzində park bağlansa da heç bir iş aparılmamışdı. Parkda işlər son bir ildir ki, start götürüb və sürətlə həyata keçirilir.