
Ermənistan əhalisinin sayı son 6 ay ərzində 3700 nəfər azalıb.
GunAz.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.
Məlumata görə, hazırda ölkə əhalisinin sayı 2961600 nəfər təşkil edir. Hazırkı göstərici keçən ilin analoji dövrüylə müqayisədə 8200 nəfər azdır.
Ən çox azalma isə Şirak vilayətində (2200 nəfər) qeydə alınıb.