SON DƏQİQƏ
» » Rusiya Qarabağa müdaxilə edir: Paşinyan təhdid edildi

Rusiya Qarabağa müdaxilə edir: Paşinyan təhdid edildi

Tarix:

14-06-2019, 12:56

/ 1 930 dəfə oxundu.
Rusiya Qarabağa müdaxilə edir: Paşinyan təhdid edildi

Moskva İrəvanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir.

GunAz.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Moskva çox istərdi ki, Ermənistanın inqilabi hökuməti Qarabağ məsələsində çox ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Qarabağdakı “hökumətin” uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin mövcudluğunu sual altına qoyacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Tarasov Rusiyadakı erməni diasporu ilə sıx əlaqələrə sahibdir. Onun həmçinin Rusiyanın hakim dairələriylə də yaxşı əlaqələri var və bir çox hallarda qeyri-rəsmi formada bu dairələrin mesajlarının çatdırılmasını həyata keçirir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ