SON DƏQİQƏ
» » Kim Çenin ölən qardaşı MKİ informatoru çıxdı

Kim Çenin ölən qardaşı MKİ informatoru çıxdı

Tarix:

11-06-2019, 10:06

/ 1 910 dəfə oxundu.
Kim Çenin ölən qardaşı MKİ informatoru çıxdı

2017-ci ildə Malayziya hava limanında öldürülən Şimali Koreya liderinin ögey qardaşı Kim Çen Nam Mərkəzi Kəşfiyyat İdarəsinin informatoru olub və bir neçə dəfə ABŞ kəşfiyyatının əməkdaşları ilə görüşüb.

GunAz.az xəbər verir ki, bunu “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Kim Çen Nam 2017-ci ilin fevralında Malaziyaya məhz MKİ nümayəndəsi ilə görüş üçün gedib. Üstəlik, bununla bərabər o, Lanqkavi kurort adasında bir neçə gün keçirib və burada Koreya-Amerika əsilli naməlum şəxslə görüşüb.

Qəzet ABŞ-la bərabər Kim Çen Namın digər ölkələrin xüsusi xidmət orqanları o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə olduğunu vurğulayıb. Buna əsas sübut kimi Kim Çen Namın Çinin Makao anklavında yaşaması göstərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ