SON DƏQİQƏ
» » Serbiya prezidenti Kosovanı itirdiklərini etiraf edib

Serbiya prezidenti Kosovanı itirdiklərini etiraf edib

Tarix:

28-05-2019, 17:33

/ 1 309 dəfə oxundu.
Serbiya prezidenti Kosovanı itirdiklərini etiraf edib

Serbiya artıq Kosovadakı vəziyyətə nəzarət etmədiyini etiraf edib. GunAz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu prezident Aleksandr Vuçiç bildirib.

O həmçinin qeyd edib ki, Serbiya artıq  Kosova ilə münasibətlərini necə inkişaf edəcəyini seçməlidir: münaqişəni dondurmaq və ya əlaqələr qurmaq.

"Mən yalanlara və öz-özünü aldatmağa davam etməməyə qərar verdim, hər kəsə məlumat verdim ki, səhiyyə və təhsil sahəsi istisna olmaqla Kosova və Metohiyada bizim gücümüz artıq yoxdur və biz öz cəmiyyətimizi aldatmağa son verməliyik", o vurğulayıb.

Eyni zamanda, o özü də tanınmayan respublika ilə münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ