SON DƏQİQƏ

Aleksandr Vuçiç İlham Əliyevə zəng etdi

Tarix:

24-12-2018, 23:54

/ 10 343 dəfə oxundu.
Aleksandr Vuçiç İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşıdakı illərdə də genişlənəcəyinə əminliklərini ifadə ediblər.

скачать dle 12.1

Şərhlər