SON DƏQİQƏ
» » Xəstə və təhlükəli heyvan ətini insanlara yedirtmək istədilər

Xəstə və təhlükəli heyvan ətini insanlara yedirtmək istədilər

Tarix:

28-03-2019, 12:16

/ 10 304 dəfə oxundu.
Xəstə və təhlükəli heyvan ətini insanlara yedirtmək istədilər

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən birgə keçirilən tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxil olan məlumat əsasında İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və oradan xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr agentliyin laboratororiyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə iribuynuzlu heyvana məxsusdur və istifadəyə tam yararsız olmaqla bərabər, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.

Qeyd edilən faktla bağlı araşdırma aparılır.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ