SON DƏQİQƏ
» » Dövlət qulluğuna qəbulda neçə nəfər uğur qazanıb?

Dövlət qulluğuna qəbulda neçə nəfər uğur qazanıb?

Tarix:

30-01-2019, 14:24

/ 10 257 dəfə oxundu.
Dövlət qulluğuna qəbulda neçə nəfər uğur qazanıb?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən GunAz.az -a verilən məlumata görə, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 38-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasıni, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Xatırladaq ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ