SON DƏQİQƏ

AzTV-də daha bir kadr dəyişikliyi

Tarix:

8-01-2019, 16:51

/ 255 dəfə oxundu.
AzTV-də daha bir kadr dəyişikliyi

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.
GunAz.az xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumata görə, İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib.
İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım məlumatı təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ