SON DƏQİQƏ

Xaricə gedənlərin sayı açıqlandı

Tarix:

21-12-2018, 11:06

/ 10 268 dəfə oxundu.
Xaricə gedənlərin sayı açıqlandı

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4464,5 min nəfər olub. 

GunAz.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz  azalıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18,0 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib

скачать dle 12.1

Şərhlər