SON DƏQİQƏ
» » Azərbaycan vətəndaşları ən çox hansı ölkəyə gedir?

Azərbaycan vətəndaşları ən çox hansı ölkəyə gedir?

Tarix:

21-08-2018, 20:33

/ 10 348 dəfə oxundu.
Azərbaycan vətəndaşları ən çox hansı ölkəyə gedir?

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olub.

GunAz.az xəbər verir ki, Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24,0 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2 faiz, Gürcüstana gedənlərin sayı 0,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,5 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,9 faizi dəmir yolu və avtomobil, 19,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ