Bakıda Yeni il münasibətilə uşaqlar üçün şənlik təşkil olunacaq.
GunAz.az BakuPost-a istinadla xəbər verir ki, Yaradıcı Gənclər Təşkilatının təşkilatçılığı ilə şənlik Baku mall ticarət mərkəzində baş tutacaq. 20 dekabrdan 31 dekabra kimi hər gün 4 seans olmaqla keçiriləcək şənliyə biletlər ödənişsizdir.
Qeyd edək ki, təşkilat 12 ildir, yeniyetmələr üçüm ödənişsiz teatr tamaşaları təşkil edir.