SON DƏQİQƏ
» » "70 İLLİK ƏSARƏT CÜMHURİYYƏTÇİLƏRİ QƏLBLƏRDƏN SÖKÜB, ÇIXARA BİLMƏDİ" - TARİXÇİ ALİM

"70 İLLİK ƏSARƏT CÜMHURİYYƏTÇİLƏRİ QƏLBLƏRDƏN SÖKÜB, ÇIXARA BİLMƏDİ" - TARİXÇİ ALİM

Tarix:

29-03-2018, 08:50

/ 10 468 dəfə oxundu.
"70 İLLİK ƏSARƏT CÜMHURİYYƏTÇİLƏRİ QƏLBLƏRDƏN SÖKÜB, ÇIXARA BİLMƏDİ" - TARİXÇİ ALİM

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Cümhuriyyətin tarixinin öyrənilməsi, müxtəlif sənədlərin çap edilməsi kimi nəzəri tədbirlər Tarix İnstitutu tərəfindən həyata keçirilib”.
Bu barədə "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təkliflərini səsləndirərkən tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirib. 
Tarixçi düşünür ki, 100 illik çərçivəsində praktik tədbirlərin həyata keçirilməsini genişləndirmək lazımdır:
"Yaxşı olar ki, park yaradılsın, Cümhuriyyət dönəmində fəaliyyət göstərən, əməyi keçən şəxslərin heykəli ucaldılsın. Bu İstiqlal Parkı ziyarətgah məkanına çevrilsin.
AXC dönəmində parlamentin sədri olmuş Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlərin məzarı canından çox sevdiyi Azərbaycana niyə gətirilməsin? Nəsib bəy Yusifbəylinin qəbri məlum deyil, heç olmasa onun xatirəsinə simvolik abidə ucaldılsın. Cümhuriyyət uğrunda canından keçən çoxsaylı polkovniklərimiz, generallarımız var. Onlara büst qoyulmasını təklif edirəm. Artıq o zaman bu praktik xarakter daşıyar”.
K.Məmmədov onu da əlavə edib ki, cümhuriyyətçi şəxsiyyətlərin adına orden və medallar tərtib etmək olar:
"Dövlətçiliyimiz yolunda fəaliyyət göstərən şəxslər Əlimərdan bəy Topçubaşov, Nəsif bəy Yusifbəyli kimi şəxsiyyətlərin medalları ilə təltif edilsə, bu, qürur mənbəyi olar. Beləliklə, həmin şəxsiyyətlərimiz qəlblərdə yaşamış olar. Onsuz da, 70 illik əsarət Cümhuriyyəti, cümhuriyyətçi şəxsiyyətləri qəlblərimizdən söküb, çıxara bilmədi. Bundan sonra isə daha da onların xatirəsini əziz tutmalı, tarixi yaddaşımıza həkk etməliyik”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ