SON DƏQİQƏ
» » "...31 MART ANIM GÜNÜ YADDAŞLARDAN SİLİNDİ" - TARİXÇİ ALİM

"...31 MART ANIM GÜNÜ YADDAŞLARDAN SİLİNDİ" - TARİXÇİ ALİM

Tarix:

28-03-2018, 21:50

/ 10 389 dəfə oxundu.
"...31 MART ANIM GÜNÜ YADDAŞLARDAN SİLİNDİ" - TARİXÇİ ALİM

"Ermənilər 1917-ci ilin mart ayından 1918-ci ilin mayına qədər xalqımıza qarşı soyqırımı həyata keçirib”.
Bu barədə "Sherg.az”a 31 Mart soyqırımının 100-cü ildönümündən danışarkən tarixçi alim Boran Əzizli bildirib. 
O qeyd edib ki, Cümhuriyyətin qurulanda həmin illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, qətlə yetirilən insanların xatirəsini bir günlə yad etmək qərara alınıb:
"Ona görə, elmi müzakirələrdən sonra 1918-ci ilin 30 mart – 1 aprel tarixlərində törədilən soyqırımı əsas götürülərək, 31 Mart soyqırımı günü kimi anıldı. İlk dəfə 1919-cu ilin Martın 31-də soyqırımı günü qeyd olundu. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra 31 Mart anım günü yaddaşlardan silindi.
31 Mart soyqırımının qeyd olunması məqsədilə hər il silsilə yazılar dərc olunur, elmi məqalələr, mənbələr işıq üzü görür. Soyqırımının ildönümünün daha yüksək səviyyədə keçirilməsi üçün Soyqırımı abidəsi olmalıdır. Xocalı soyqırımı ilə bağlı abidə olduğu halda, Mart soyqırımını insanların yaddaşına həkk edəcək abidənin olmaması doğru olmaz. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin yerləşdiyi park bütövlükdə Soyqırımı abidəsi adlansın”.
Tarixçi onu da qeyd edib ki, 1920-ci ildə, Cümhuriyyətin süqutundan sonra Daşnaqsütyun partiyasının və erməni ordusunun Zəngəzur, Qarabağ və digər ərazilərdə həyata keçirdiyi soyqırımları araşdırılmayıb:
"Ona görə, həmin dönəmdə ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətləri əks etdirən arxiv materialları araşdırılmalı, bütün dünyaya çatdırılmalıdır. Arxivlərdə olan sənədlərin bir qismi çap olunsa da, əksər hissəsi hələ də xarici dillərə tərcümə olunmayıb. Bu baxımdan, sonrakı illərdə atacağımız ilk addımlardan biri məhz bu sənədlərin xarici dillərdə çap edilməsi olmalıdır”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ