SON DƏQİQƏ
» » Aprel döyüşçüsü xaricdə müalicədən sonra təntənəli qarşılandı-VİDEO

Aprel döyüşçüsü xaricdə müalicədən sonra təntənəli qarşılandı-VİDEO

Tarix:

20-03-2018, 09:30

/ 10 316 dəfə oxundu.
Aprel döyüşçüsü xaricdə müalicədən sonra təntənəli qarşılandı-VİDEO

Yüzlərlə əsgər kimi o da döyüşlərdə qəhrəmancasına öz şücaətini göstərib. Aprel döyüşlərində Goranboyun Talış kəndi istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən güllə yarası alıb.

Yaşar Ağayev xaricdə uzunmüddətli müalicələrdən sonra vətənə qayıdıb. Yaşarın sözlərinə görə, müalicəsinin ilkin mərhələsi paytaxtda aparılıb.

Bundan sonra isə Yaşarın müalicə və reabilitasiyası yenə davam edib. Baş nahiyyəsinə xüsusi aparat yerləşdirilib.

Gunaz.az bildirir ki, hazırda vəziyyəti yaxşı olan Yaşarın arzusu ayağa qalxıb yenidən döyüş bölgəsinə qayıtmaqdır.

Yaşarın evinə qayıtması isə İsmayıllı rayonunda izdihamla qarşılanıb. Qəhrəmanın qayıtdığını eşidən rayon sakinləri onu görmək üçün evini ziyarət edirlər. Gələnlər arasında məktəb şagirdləri və Cəmşid Naxçıvanskı adına hərbi liseyin kursantı da var. Novruz bayramı ilə əlaqədar məktəblilər Yaşar üçün hazırladıqları bədii kompozisiyanı təqdim ediblər. /xezerxeber.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ