SON DƏQİQƏ

Dəniz Baykalın beyin ölümü gerçəkləşdi

Tarix:

18-10-2017, 08:07

/ 1 795 dəfə oxundu.
Dəniz Baykalın beyin ölümü gerçəkləşdi

Dəniz Baykalın həyati təhlükəsi var.

Gunaz.az xəbər verir ki, bu sözləri CHP-nin keçmiş başqanı Dəniz Baykalın həkimi professor Ərkan İbiş deyib.

İbiş 79 yaşlı siyasətçinin müalicəsinin geniş bir şəkildə davam etdiriləcəyini bildirib: "Bu ana qədər daha yaxşı nəticələr görmək üçün ümidimizi qorumuşuq, bundan sonra yaranacaq duruma görə yenə də ümidlərimizi qoruyuruq, ancaq bəzi mənfi cəhətləri sizlər də bilirsiniz və bunları sizlərlə də bölüşürük. Baykalın səhhətinin pisləşdiyi andan həyatı təhlükəsi var, bu ciddi durumdur. Hazırda intensiv müalicə aparılır. Tənəffüs dəstəyi təmin edilir, beyin dəstəkləri təmin olunur. Bu proses zamanı da Baykal şüuru qapalı olaraq yatır".

***

"Habertürk" Dəniz Baykalın 3-cü əməliyyatdan sonra beyin ölümünə girdiyini yazıb.

Saytın əməkdaşı Sevilay Yılman Dəniz Baykalın ölümü ilə bağlı yayılan xəbərləri yanlış adlandırıb: "Dəniz Baykal ölməyib, sadəcə, vəziyyəti çox ağırdır. Hazırda beyin ölümü gerçəkləşdi".(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ