SON DƏQİQƏ

Qarabağda daha bir erməni əsgər öldü

Tarix:

9-02-2018, 10:45

/ 950 dəfə oxundu.
Qarabağda daha bir erməni əsgər öldü

İşğal altında olan Dağlıq Qarabağda erməni əsgər ölüb.

Fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb.

Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirir.

Xatırladaq ki, fevralın 7-də düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Naizirliyi tərəfindən məlumat təsdiqlənsə də Ermənistan məlumatları təkzib etmişdi.

Hadisədən bir gün sonra növbəti ölüm faktının baş verməsi təsadüfi deyil. Faktiki olaraq, düşmən yenə də yaralılarını gizlədib və onların ölüm səbəbləri başqa bir versiya olaraq təqdim edib. (ordu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ