SON DƏQİQƏ

Erməni əsgər hərbi hissədə öldü

Tarix:

21-02-2018, 18:41

/ 1 079 dəfə oxundu.
Erməni əsgər hərbi hissədə öldü

Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu Stepan Stepanyan ölüb.

Gunaz.az report-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan hələlik ölümün səbəbinin müəyyən edilmədiyini bildirib.

"Əsgər məzuniyyətdə idi, hərbi hissəyə qayıdıb, elə həmin gün vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, orada keçinib", - o deyib.

Öz növbəsində, ölən əsgərin doğulduğu Qarni kənd administrasiyasının rəhbəri Aqaron Saakyan hərbçinin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini, sosial təminatsız ailədən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

скачать dle 12.1

Şərhlər