SON DƏQİQƏ

Elçibəyin oğlundan Siyavuş Novruzova - Cavab

Tarix:

9-03-2018, 18:15

/ 10 561 dəfə oxundu.
Elçibəyin oğlundan Siyavuş Novruzova - Cavab

Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz.

Gunaz.az xəbər verir ki, bu sözləri Əbülfəz Elçibəyin xanımı Türkiyədə olduğundan oğlu Ərturqut Əliyev YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müraciətinə cavabını açıqlayarkən modern-az-a deyib.

“Azərbaycan hakimiyyəti tərəfindən bizim ailəmiz, ailə üzvlərimiz təhqir olunmayıb. Kimsə kiminsə fikirlərinə etiraz edə bilər. Lazım gəlsə, kimisə tənqid də etmək olar. Amma təhqir yolverilməzdir. Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb:

“Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ