
Bu gün həmin dəşhətli qətlamdan 26 il ötür.
Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, xalqımıza qarşı törədilən amansızlığa hələ də dünya birliyi susur. Xocalı soyqırımını həyatı bahasına bütün dünyaya çatdırmağa çalışan Çingiz Mustafayevin lentə aldığı həmin dəşhətlər göz önündədir və yetərincə də ermənilərin vəhşiliyi dünyaya sübutdur.
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366 –cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, etnik azərbaycanlılara qarşı amansızlıqla törədilmiş soyqrımdır. Uşaq, qadın, yaşlı demədən qarşılarına alaraq vəhşicəsinə, amansızlıqla qətlə yetiriblər. Xocalı soyqırmı nəticəsində 63 –ü uşaq, 106-sı qadın, 70 –i yaşlılar olmaqla həlak olublar, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideyinlərindən birini itirib. Düşmən gülləsindən 76 –sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir düşənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə kimi hələ də məlum deyil.
Xocalı şəhəri erməni dəstələri tərəfindən zəbt olunaraq, Xocalı sakinlərini öz doğma torpaqlarından didərgin salıblar və qaçın şəraitində yaşamağa məcbur ediblər.
Xocalı faciəsində şəhid olmuş bütün həmvətənlilərmizi rəhmətlə anırıq.
Səidə Seyidova