SON DƏQİQƏ
» » Bakıda bayram yarmarkalarının sayı artırıldı – SİYAHI

Bakıda bayram yarmarkalarının sayı artırıldı – SİYAHI

Tarix:

8-12-2017, 22:28

/ 846 dəfə oxundu.
Bakıda bayram yarmarkalarının sayı artırıldı – SİYAHI

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarının sayı artırılır.
Gunaz.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, həmin yarmarkaların sayı 10-a çatıb: "Yarmarkalar əsasən, Yasamal, Nəsimi, Səbail, Nizami, Nərimanov rayonları ərazisində olacaq. Hazırda 10 yerdə yarmarka çadırları quraşdırılıb. Yaxın günlərdə daha 5 yerdə yarmarka çadırı qurulacaq. Yarmarkalar əsasən, metro stansiyalarının qarşısında qurulur".
Xatırladaq ki, ötən həftə Bakıda 6 bayram yarmarkası fəaliyyətə başlayıb. Həmin yarmarkalar metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında qurulub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ