SON DƏQİQƏ
» » Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu- VİDEO

Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu- VİDEO

Tarix:

18-10-2017, 23:58

/ 3 015 dəfə oxundu.
Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu- VİDEO

Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni  Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb.
Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.
Gunaz.az xəbər verir ki,  Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanıb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun sonunda titrdə Şəmistan Əlizamanlıya təşəkkür edir.
Turkustan.info-ya açıqlamasında Ş.Əlizamanlı qardaş ölkədə mahnısına göstərilən bu cür diqqət və sevgidən məmnun olduğunu söyləyib: “Təqdim etdiyimiz bir çox mahnılarımız Türkiyədə, Türk dünyasında sevilir, dinlənilir. Bu mahnının son vaxtlar Türkiyədə yenidən canlandırılması bizi məmnun etdi”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ