SON DƏQİQƏ
» » İran dərsliyində Azərbaycana qarşı təxribat - Foto

İran dərsliyində Azərbaycana qarşı təxribat - Foto

Tarix:

18-10-2017, 13:24

/ 1 330 dəfə oxundu.
İran dərsliyində Azərbaycana qarşı təxribat - Foto

Azərbaycanın Urmu gölünün İranın “Tarix” dərsliklərindən silinməsi ilə bağlı məlumat yayılıb.

Gunaz.az Kult.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda Urmu gölünün ikinci sinif “Tarix” dərsliyindən silindiyi görünür. Soydaşlarımız bildirir ki, dövlət gölü bərpa etmək əvəzinə, onu unutdurmaq və gələcək nəsillər üçün izini silməyə çalışır.

Qeyd edək ki, Urmu gölü ilə bağlı yalan məlumatlar İranın başqa dərsliklərində də müşahidə edilir. İran Təhsil Nazirliyi bəzi orta məktəb dərsliklərində göldə vəziyyətin yaxşılaşdığını yazıb. Uzun müddətdir davam edən dərsliklərdəki bu təxribatla bağlı azərbaycanlı millət vəkilləri bir neçə dəfə rəsmi qurumlara etiraz məktubu ünvanlayıblar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ