Nazir: "Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır"
Tarix:
13-06-2017, 11:36
/ 3 539 dəfə oxundu.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı tədbirlər planı hazırlanır. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, həmin müddətdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək:
"Bizim müəssisələr çalışacaqlar. Lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər Formula 1-in özündədir. Həmin ərəfədə Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə maraq daha çox olacaq. Bu da öz növbəsində, ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərəcək".