SON DƏQİQƏ
» » Bu iki sadə üsul oruc tutanları rahatlayır- Mütləq sınayın

Bu iki sadə üsul oruc tutanları rahatlayır- Mütləq sınayın

Tarix:

8-06-2017, 15:02

/ 3 894 dəfə oxundu.
Bu iki sadə üsul oruc tutanları rahatlayır- Mütləq sınayın

Bu gün Ramazan ayının 13-cü günüdür. Yay aylarına təsadüf etməsi oruc tutanlardan daha çox dözüm tələb edir. Müqəddəs rituala əməl edib oruc tutan insanların bəziləri iftardan sonra müəyyən problemlər yaşayır. Bütün günü qida və  maye qəbul etməyən orqanizm birdəfəlik yükləndikdə əks nəticə verə bilir. 
Sağlamlıq mütəxəssisləri, dietoloqlar iftar zamanı sulu yeməkdən sonra  mütləq mədən suyu içməyi tövsiyə edirlər. Mədən suyu şirə  və çaya nisbətdə orqanizmə daha yaxşı təsir göstərir. Tərkibində dəmir olan mədən suları iftardan sonrakı mədə-bağırsaqlardakı ağırlığı aradan qaldırır. Həmçinin, orqanizmin gün ərzində ehtiyac duyduğu vitaminlər mədən suları vasitəsilə ödənilir. 
Mədən sularını imsak vaxtı içmək də xeyirlidir. Sahurda qəbul edilən mədən suyu gün ərzində yaşana biləcək susuzluğun qarşısını alır. 
Həmçinin, imsak zamanı qoz və fındıq ləpəsindən istifadə etmək gün ərzində oruc tutan adamı halsızlıq/ əzginlikdən xilas edə bilir. Qoz-fındıq ləpəsi orqanizm üçün əsl enerji ehtiyatı rolunu oynayır. Oruc  zamanı orqanizmdə xərclənən enerjinin tükənməsinə imkan  vermir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər