SON DƏQİQƏ

“WhatsApp”da mesencer yenilənir

Tarix:

7-06-2017, 18:50

/ 5 361 dəfə oxundu.
“WhatsApp”da mesencer yenilənir

Populyar "WhatsApp” messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub. Artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər. 
Lent.az-a istinadən xəbər verilir ki, artıq şəkil, videoçarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında "açıq”, "ağ-qara”, "soyuq”, "xrom” və "plyonka” filtrləri mövcuddur.
"iPhone” sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq. 
Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ