SON DƏQİQƏ
» » “Naxçıvanda hava reysləri avtobus reysinə çevrilib, bilinmir təyyarə nə vaxt uçacaq”

“Naxçıvanda hava reysləri avtobus reysinə çevrilib, bilinmir təyyarə nə vaxt uçacaq”

Tarix:

Dünən, 12:21

/ 3 292 dəfə oxundu.
“Naxçıvanda hava reysləri avtobus reysinə çevrilib, bilinmir təyyarə nə vaxt uçacaq”

“Biz Naxçıvandan seçilmiş millət vəkilləri olaraq görürük ki, hava reysləri, demək olar, avtobus reysinə çevrilib. Bilinmir təyyarə nə vaxt gələcək, nə vaxt uçacaq”.
GunAz.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Vətəndaş aeroporta gəlir, ona deyirlər ki, reys üç saat gecikəcək. Bilet alır, sonra məlum olur ki, bileti növbəti günə keçiriblər. Axı biz hansı dövrdə yaşayırıq? Bu gün hər kəsin mobil telefonu var, elektron sistemlər mövcuddur, yeni innovasiyalar tətbiq edilir. Heç olmasa sərnişinlərə əvvəlcədən mesaj göndərilsin ki, məsələn, reys üç saat təxirə salınıb.
Bu problem həm Bakıdan Naxçıvana, həm də Naxçıvandan Bakıya olan reyslərdə müşahidə olunur. Lakin bunun səbəbi barədə heç kim izahat vermir. Vətəndaş uzaq kənddən taksi ilə aeroporta gəlir, əlavə xərc çəkir, sonra ona bildirilir ki, uçuş sabahdır və həmin gün reys yoxdur. Yaxud deyirlər ki, üç saatdan sonra yenidən aeroporta gəlsin. Belə olan halda ya üç saat aeroportda gözləməli, ya da geri qayıdıb yenidən aeroporta gəlməli olur. Nəticədə beş saata yaxın vaxt itirir.
Ona görə də aidiyyəti komitələrdən xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Səbəbləri araşdırsınlar və insanlara izah etsinlər. Vətəndaşlar səbəbi bilsələr, bunu anlayışla qarşılayacaqlar. Blokada şəraitində yaşayan Naxçıvan əhalisinin heç olmasa bu hüquqları təmin olunmalıdır”, - Siyavuş Novruzov bildirib.
Xatırladaq ki, son vaxtlar bir sıra Bakı-Naxçıvan-Bakı aviareysləri hava şəraitinə görə təxirə salınıb. Vətəndaşlar isə bu barədə onlara vaxtlı-vaxtında məlumat verilmədiyini bildirərək “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) narazılıqlarını dilə gətiriblər.
скачать dle 12.1

Şərhlər