
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
GunAz.az xəbər verir ki, Xocavənd və Şuşaya növbəti köç karvanları yola salınır.
Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə - 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə - 87 nəfər, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə - 51 nəfər köçürülür.































