SON DƏQİQƏ
» » Özünü polis kimi təqdim edən şəxs həbs olundu

Özünü polis kimi təqdim edən şəxs həbs olundu

Tarix:

Bu gün, 16:26

/ 3 243 dəfə oxundu.
Özünü polis kimi təqdim edən şəxs həbs olundu

Bakının Səbail rayonunda fəaliyyət göstərən restoranda dava olub.
GunAz.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən “Babat” adlı restoranda baş verib.
1993-cü il təvəllüdlü Zaur Məcid oğlu Quliyev özünü yalandan polis əməkdaşı kimi təqdim edib. Mübahisə yaradıb və polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib.
Quliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və bildirib ki, illərdir turizim sahəsində işləyir: “Azərbaycanı bir neçə ölkədə təmsil etmişəm. Bu günə qədər heç vaxt özümü hər hansı vəzifənin sahibi və ya dövlət işçisi kimi təqdim edərək qanun pozuntusuna yol verməmişəm. “Babat” restoranında yanımda olan Üzeyir adlı dostum hesabı tam olaraq ödədi. Həmin zaman polis əməkdaşları məni restoranın çölünə dəvət etdi. Mən heç bir tabesizlik göstərmədən onlara yaxınlaşdım və polis əməkdaşları mənim polis nəfəri olub-olmamadığımı soruşdular. Onlara “xeyr” cavabını verdim”.
Təqsirli bilinən şəxs deyib ki, polis əməkdaşlarına müqavimət göstərəcək bir hal baş verməyib.
O bildirib ki, həmin zaman içkili olub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
скачать dle 12.1

Şərhlər