
Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobilinin dövlət qeydiyyat nişanını gizlədən taksi sürücüsü cərimələnib.
GunAz.az-ın məlumatına görə, hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi minik avtomobilinin nömrəsini qəsdən gizlətdiyi aşkarlanıb.
Ərazidəki müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə protokol tərtib olunub. Qeyd edək ki, bu maddə dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və ya qurğulardan istifadəyə görə məsuliyyət nəzərdə tutur.
































