SON DƏQİQƏ
» » Gecə əməliyyatı: FHN Şəkidə köməksiz qalan iki nəfəri xilas etdi

Gecə əməliyyatı: FHN Şəkidə köməksiz qalan iki nəfəri xilas etdi

Tarix:

11-05-2026, 10:28

/ 3 364 dəfə oxundu.
Gecə əməliyyatı: FHN Şəkidə köməksiz qalan iki nəfəri xilas etdi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.
скачать dle 12.1

Şərhlər