SON DƏQİQƏ
» » Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video

Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video

Tarix:

12-02-2026, 10:47

/ 3 878 dəfə oxundu.
Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
GunAz.az xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Anaxanım Sənhan qızı Əhmədovanı xilas ediblər.
скачать dle 12.1

Şərhlər