SON DƏQİQƏ

Özünə xoş gəldin

Tarix:

1-05-2026, 09:41

/ 2 380 dəfə oxundu.
Özünə xoş gəldin

Bu dünya özünü tanımadan bütün dünyanı tanımağa çalışan insanlarla doludur. Onlar xəritələrdə ölkə-ölkə gəzir, şəhərlərin küçələrində itir, amma bir dəfə də olsun öz iç dünyalarının yollarına baş vurmurlar. Güzgüyə baxanda sadəcə üz cizgilərini görürlər, lakin gözlərinin arxasında gizlənən hekayəni oxuya bilmirlər.
Hər gün bir az da uzaqlaşırlar özlərindən. İçlərində danışmaq istəyən bir səs var, amma onu dinləməyə vaxt tapmırlar. Hər kəsə çatırlar, bircə özlərinə gecikirlər. Gözlərində yorğunluq, qəlblərində isə izah olunmayan bir boşluq daşıyırlar. Bəzən səbəbsiz darıxırlar, amma niyə darıxdıqlarını belə bilmirlər. Çünki heç vaxt dayanıb özlərinə sual vermirlər: “Mən kiməm? Nə üçün varam?”
Bir gün həyat onları susdurur. Sükutun içində isə ilk dəfə özlərini eşidirlər. O an anlayırlar ki, ən böyük itki başqasını yox, özünü itirmək imiş. Bəlkə də hər şey elə bir cümlə ilə başlayır: “Özünə xoş gəldin.”
Çünki insan özünə qayıtmağı bacaranda, dünya artıq əvvəlki kimi görünmür. Özünə qayıtmaq — özünü tapmaq, tanımaq, daxili dünyanın sirrini açmaq və özünü sevməkdir. Özünə xoş gələn insan, dünyaya da xoş gəlir. Özünü anlayan insan, başqalarını da daha dərindən anlayır.
Bəlkə də bu həyatın ən böyük məqsədi budur - özünə qayıtmaq.
Gülpəri Bağırsoy 
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

скачать dle 12.1

Şərhlər