Məhərrəm Tağızadə
Bəzən həyatın içində elə sadə görünən həqiqətlər var ki, insan bir an dayanıb düşünəndə onların nə qədər dərin olduğunu anlayır. Mənim üçün o həqiqətlərdən biri qadının taleyidir.
Deyirlər, qadın bu dünyada heç vaxt öz evi olmayan yeganə varlıqdır. O, atasının evində doğulur və böyüyür, həyat yoldaşının evində yaşayır, övladlarının evində isə bu dünyaya vida edir. Bir ömür… üç ev… amma heç biri tam mənada onun deyil.
Ata ocağı qadının ilk dünyasıdır. O evdə ilk gülüşləri səslənir, ilk arzuları qanad açır. Ata evinin həyətində böyüyən qız uşağı bahar kimi saf və ümidli olur. O ev onun uşaqlığının sığınacağıdır, amma taleyin yazısı belədir ki, bir gün o qapıdan çıxıb başqa bir ocağa doğru yol almalıdır. Ata evinin pəncərələrində onun gülüşlərinin əks-sədası qalır, amma özü artıq başqa bir taleyin yolçusuna çevrilir.
Sonra qadın həyat yoldaşının evinə köçür. O evə gəlin kimi daxil olur, amma zaman keçdikcə o evin nəfəsinə çevrilir. O, ocağa od salan bir çıraq kimi bütün evi isidir. Süfrəyə bərəkət gətirən əllər, evə sakitlik gətirən səs, ailəni bir arada saxlayan səbr – hamısı qadının ürəyindən gəlir. Ev bəzən böyük saray da ola bilər, kiçik bir otaq da… amma qadın varsa, o yer mütləq bir ocağa çevrilir.
İllər ötür. Zaman sakit-sakit insanın saçlarına dən salır. Övladlar böyüyür, qanad açıb öz yuvalarını qururlar. Qadın isə ömrünün payızında onların evində yaşayır. O artıq illərin yorğunluğunu daşıyan, amma yenə də ailənin dua edən ürəyi olaraq qalan bir anaya çevrilir. Və bir gün o, ömrünü övladlarının evindən sonsuzluğa doğru köçərək tamamlayır.
Bax belədir qadının taleyi. O, bir evdə doğulur, başqa bir evdə həyat qurur, üçüncü bir evdə isə ömrünü başa vurur.
Amma mən düşünürəm ki, qadının əsl böyüklüyü də məhz bundadır. O, özünə ev axtaran deyil, ev yaradan varlıqdır. Qadın haradadırsa, orada həyat var. Qadın haradadırsa, orada ocaq yanır. Qadın haradadırsa, orada sabah üçün ümid yaşayır.
Çünki qadın sadəcə insan deyil… qadın bir ocaqdır. Ocaq isə yalnız öz içində yanan odla başqalarını isidə bilər. Qadın da elədir – bəzən səssizcə yanır, amma ailəsini işıqlandırır.
Bəlkə də buna görə tarix boyu ən böyük qəhrəmanları analar böyüdüb. Çünki bir millətin gücü çox vaxt qadının səbrində, sevgisində və duasında gizlənir.
Və insan bu həqiqəti anlayanda düşünür: qadın bəlkə də öz evi olmayan yeganə varlıqdır… amma əslində bütün evlərin ruhu məhz odur.