SON DƏQİQƏ

Qadın və söz

Tarix:

14-07-2023, 17:59

/ 3 185 dəfə oxundu.
Qadın və söz

Qadın və söz
Allahın yaratdığı möcüzələrdən biri, bəlkə də birinci qadındır.
Avreli Avqustin yazırdı;- Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir.
Bu ecazkar varlıqlar haqqında çox yazılıb, çox deyilib. Bəşər övladının həyat qaynağı olan və neçə-neçə dahi sənətkarların ilham mənbəyi olan qadın. Zərifliyi, şuxluğu, gözəlliyi ilə daim ürəkləri fəth etmiş bu varlıqlar, ömürləri boyu güc və mərdlik rəmzi olan əks cinslərimizlə birgə əmək və hərb meydanlardında çiyin-çiyinə bir olublar...
Elə bu xüsusiyyətlərinə görə də Tomris səviyyəsinə qədər ucalıblar.
Aramızda həkim də var, müəllim də var, şair də, yazıçı da, xadimə də, poçtalyon da, barmaqlıqlar arasından baxanlar da, sərhədlər aşan diplomatlarımız da...
Bütün hallarda qadın olaraq sevgimizin, etibarımızın, sədaqətimizin, ismət və abırımızın keşikçisi oluruq.
Qadınlar ən ağır yükləri zərif çiyinlərində daşımaqla bərabər sözə sarılıb, sözün də nazını çəkməyi bilirlər. Sözlə qəm və kədərini bölür, sözün zərifliyində duyğlarını, hisslərini naxışlaya bilirlər.
Bəzən belə fikirləşirəm ki, insan sözündə tanınır. Söz nə qədər incə və zərif olsa da, qadın ondan da zərifdir. Bu mənada qadın sözünə sahib olmaqla, sözünün qulu olmağı bacarmalıdır. Hər halada qadındır. Qadın həm də anandır, həyat yoldaşıdır... –  Fransua de Laroşfuko yazırdı ki, gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur.
Fikrimin əvvəlinə qayıdıram. Qadın və söz arasındakı bağlı tellər ana laylasından başlayır. Bəli, analarımız sinədəftər olaraq, bayatı demiş, nağıllar söyləmişdir. Məhz bu mənada onların kamil bir insan kimi, müdrikcəsinə dedikləri dəyərli sözlər hər birimizin yaddaşında əbədi həkk olunub. Qadın böyük qüvvədir. Onun ilhamı da, söz mənbəyi də ailəsidir. Mənəviyyat daşıyıcısı olan qadınlarımız sözlə daxili aləmlərinin gözəlliklərini hər zaman yaşada bilmişlər. Qadın gözəllik mücəssiməsidir. Həm sözüylə, həm də əməlləriylə hər kəsə nümunə olan Azərbaycan qadınının fədakarlığı ölçüyə gəlmir. Onlar üçün sözün gözəlliyi, insanlıq elmi kimi ən gözəl ömür yaşamıdır. Bu ömür yaşamında nə qədər alimlərin, qəhrəmanların dünyaya gəlməsində, yetişməsində əsl ana olaraq taleyin gücünə sinə gərirlər. Onlar cəmiyyətin, ictimayiiyətin fəal quruucularıdır.
Mən qadınlarımızı söz səltənətində boy atan, qollu-budaqlı çinara bənzədirəm. Kölgələri nə qədər qalın olsa, o qədər də xoşbəxt həyat yaşaya bilərik. Sözün ucalığı, qadının fədakarlığı, həyatın şirinliyi ilə eyni ölçülür məncə...
Sonda bir fikrimi də demək istəyirəm. Gözəl qadın gözə xoş görünə bilər, xeyirxah qadın qəlbə. Biri gözəl əyləncə, biri gözəl xəzinədir. İnanıram ki, qadınlarımız sözüylə, əməliylə xəzinə olaraq dünyamıza işıq saçırlar.
Günel Əhmədqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ