SON DƏQİQƏ

Yasamalda ilin ilk səyyar qəbulu keçirildi

Tarix:

9-01-2026, 11:25

/ 3 020 dəfə oxundu.
Yasamalda ilin ilk səyyar qəbulu keçirildi

Yasamalda sakinlər üçün 2026-ci ilin ilk səyyar qəbulu keçirilib.

GunAz.az  xəbər verir ki, görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə, MKTB və kommunal xidmətlərin rəhbərləri də iştirak ediblər.

Elşad Həsənov sakinləri Yeni il münasibətilə təbrik edərək, təklif və müraciətləri bərədə soruşub.
Daha sonra qurumuş ağacların budanması, küçələrin işıqlandırılması, mənzillə təminat, maddi köməklik və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırılıb.
RİH başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair müvafiq qurumların rəhbərlərinə konkret göstərişlər verib.
İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər