SON DƏQİQƏ
» » İstiqlal Şairimizi duyğu çələngimlə YAD EDİRƏM

İstiqlal Şairimizi duyğu çələngimlə YAD EDİRƏM

Tarix:

21-10-2025, 11:59

/ 3 126 dəfə oxundu.
İstiqlal Şairimizi duyğu çələngimlə YAD EDİRƏM

21 oktyabr - Azərbaycanın Xalq şairi, "İstiqlal" ordenli Xəlil Rza Ulutürkün (21.10.1932-22.06.1994) doğum günüdür.
     Xəlil Rza Ulutürk təkcə şair deyildi – o, milli ruhun, azadlıq eşqinin, vətən sevgisinin simvoluna çevrilmiş bir ziyalı idi. Onun şeirləri yalnız sənət nümunəsi yox, həm də xalqın səsinə çevrilən çağırış idi.
     Ömrü boyu sözün gücünə inandı, mübariz ədəbiyyatın öncüllərindən oldu. "İstiqlal" ordeni ilə təltif olunması da onun millətə, azadlıq ideyalarına və ədəbiyyata verdiyi töhfələrin rəmzidir.
   Unudulmaz Şairimizin işıqlı xatirəsini duyğu çələngimlə yad edirəm. Axirəti abad, ruhu şad olsun!
            YENİSEY  SAHİLİNDƏ
Qədəm qoyduğum  Sibir məni qarşılayan vaxt,
Yaşayır hərarələ yayın son günlərini.
Hələ kandardan uzaq qışda qurulan büsat,
Yaşıllıqlar içində geyib günəş zərini.

Krasnoyarsk şəhərini bölüb o tay-bu taya;
Sinəsində körpülər tağlanıb Yeniseyin.
Gecələr güzgü tutur göydən boylanan  aya,
Səhər sökülən şəfəq tökülür yeyin-yeyin.

Yeniseyin axarı ötür  səssiz-səmirsiz.
Xəyallarım baş alıb  bu sakitlik içində.
Qəlbimin döyüntüsü çalxalanan bir dəniz,
Yenisey adı ilə fikir ölçü – biçimdə.

Yada düşür kükrəyən Xəlil Rza Ulutürk,
Türk yaddaşım oyanır  “Yenisel” deyimindən.
Əqidəsi, amalı,sözü poladdan da bərk.
İlham alıb hər qarış ulu Turan əzmindən...

Rusiya, Krasnoyarsk şəhəri, 1993-ci il.
   Tapdıq ƏLİBƏYLİ
скачать dle 12.1

Şərhlər