SON DƏQİQƏ

Sevilib-seçilən ƏMƏKDAR ARTİST...-ANIM

Tarix:

8-10-2025, 12:14

/ 3 219 dəfə oxundu.
Sevilib-seçilən ƏMƏKDAR ARTİST...-ANIM

Tanınmış müğənni, xalqımızın dəyərli sənətkarı, əməkdar artist Baloğlan Əşrəfovun bu gün doğum günüdür.
Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olub və diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib, əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
B.Əşrəfov 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
O, 2021-ci ildə vəfat edib, Masallı rayonunun Bədəlan kəndində dəfn olunub.
Allah rəhmət eləsin, Ruhu şad olsun.
Sürəyya HACIYEVA
скачать dle 12.1

Şərhlər