SON DƏQİQƏ

Əbülfəz Elçibəydən MARAQLI FAKTLAR

Tarix:

25-09-2025, 16:11

/ 3 990 dəfə oxundu.
Əbülfəz Elçibəydən MARAQLI FAKTLAR

Əbülfəz Elçibəy müsahibələrinin birində belə deyirdi:                                                      
  "Tələbələrim mənim məhkəməm zamanı eşiyə yığılanda görürlər ki, bir maşın gəldi. Maşından düşənlər prokurorluq, DTK işçilərinə bənzəyirlər. Onlar tələbələrimdən soruşublar ki, bura niyə yığışmısız? Deyiblər ki, bəs müəllimimizi mühakimə edirlər. Soruşublar ki, müəlliminizi qurtarmaq üçün pulunuz varmı ki, rüşvət verəsiniz? Orada bir qız nişan üzüyünü çıxarıb deyib ki, "Mən təzə nişanlanmışam, nişan üzüyümü verirəm.."
Bir də məhkəməmdə öyrədilmiş tələbələrimdən birisi dedi ki, “Mən bu müəllimə nifrət edirəm. Bizi bunun əlindən xilas eləyin. Dərsdə bu bizə Sovet hakimiyyətinin əleyhinə danışır, bizi yolumuzdan çıxarır”. Bu vaxt bir tələbə qız dedi ki, “Sən əclafsan, biz sənə nifrət eləyirik!” Məhkəmə soruşdu ki, kimdir onu deyən? Qız ayağa durdu, dedi: "Mənəm". Hakim dedi ki, çıxın eşiyə. Qız məhkəmənin yanından keçəndə yaylığını çıxarıb hakimə uzatdı ki, "Ver bunu, bəzi kişilər bağlasın başına!".. Bu mənə çox təsir elədi.
Bundan sonra düşünürdüm ki, qadını-qızı belə olan bir millətin kişisinin əfəl və fağır olması çox acınacaqlı görünür. Bax, bu cür gənclərimiz var idi. Yəni mən tək deyildim."
---
Əbülfəz Elçibəy öz prezident mənzilini Nəsibə xanıma verəndə deyir:
"Azərbaycanda prezident hələ çox olacaq, amma Nəsibə Zeynalova bir də olmayacaq".
Allah hər ikisinə rəhmət etsin...
Əbülfəz Elçibəy prezident olanda onunla görüşən  Mirvarid Dilbazinin (1912-2001) yeganə xahişi “Yazıçı” nəşriyyatının 2 milyon rubl borcunun bağışlaması olmuşdur.
----------
Əbülfəz Elçibəy:
-Baxın indi sizə yaşadığım bir hadisəni danışacağam. Mənim prezidentlik dövrümdə bəzi rus balıqçıları icazəsiz olaraq Azərbaycan sularına daxil olmuşdular. Əlbəttə ki, mühafizə tərəfindən tutulmuşdular. Rusiya prezidenti Boris Yeltsin mənə zəng etdi və öyrəşdiyi kimi mənimlə əmr  tonunda danışdı:
-Tutduğunuz balıqçıları dərhal azad edin.
Güldüm... "Boris Yeltsin, indi sən mənimlə Rusiya prezidenti kimi danışırsan, yoxsa köhnə dostum kimi mənə zəng etmisən",- dedim. Boris Yeltsin: "Rusiya prezidenti kimi",- dedi.
Cavab verdim: -
Mən də sənə Azərbaycan Prezidenti kimi deyirəm ki, balıqçıları buraxmayacağıq" və dəstəyi asdım. Bir az sonra Boris Yeltsin yenidən zəng etdi.
Dedi:
Elçibəy, səndən köhnə dostun kimi xaiş edirəm, bizim balıqçıları sərbəst burax".
-"Bax indi oldu",- dedim və rus balıqçıları sərbəst buraxdıq.
70-80 min rus əsgərini Azərbaycan torpaqlarından mən çıxardım. Rus gəmilərini Azərbaycan dənizindən mən uzaqlaşdırdım...
(Fatih Qısabarmakla Elçibəyin söhbətindən.)
-------
Əbülfəz Elçibəy 1964-cü ildə Misirdə olarkən, küçədə qəzet satan uşaqları ətrafına toplayıb deyirdi ki, mən sizdən qəzet almayacam, amma qəzetin pulunu sizə verəcəm. Şərtim isə budur ki, sizdən qəzet alan hər kəsə üç dəfə Azərbaycan-Azərbaycan-Azərbaycan deyin. Əgər sizdən soruşsalar ki, Azərbaycan haradır?, deyin ki, Azərbaycan 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olunmuş Türk Dövlətidir.
скачать dle 12.1

Şərhlər