Kino tarixinin ən məşhur komediya ustası Çarli Çaplinin xatirələrindən:
"Mən balaca uşaq olanda atamla sirk tamaşasına getmişdik. Bilet kassasında uzun növbə yaranmışdı, qarşımızda isə 6 uşaqlı bir ailə, ana, ata və onların uşaqları vardı.
Onların yoxsulluğu hiss olunurdu; paltarları köhnə, lakin təmiz idi. Uşaqlar sirk haqqında danışarkən, çox xoşbəxt görünürdülər.
Növbə onlara çatanda ataları bilet kassasına gedib qiyməti soruşdu. Bilet satıcısı ona qiyməti deyəndə kişi kəkələməyə başladı, sonra dönüb arvadının qulağına nəsə pıçıldadı.
Üzündə xəcalət aydın görünürdü.
Birdən atam cibindən 20 dollar çıxarıb yerə atdı. Sonra əyildi, götürdü, kişinin çiyninə toxundu və dedi: “Pulunuz düşdü, əfəndim...”
Kişi atama baxdı və gözləri yaşla dolmuşdu - Sağ olun, bəy. - dedi.
Onlar içəri girəndən sonra, atam əlimdən tutub növbəni tərk etdi. Çünki adama verdiyi 20 dollardan başqa pulu yox idi.
O vaxtdan atamla fəxr edirəm və bu iki dəqiqə həyatımda gördüyüm ən yaxşı tamaşa oldu. Əminəm ki, o gün görə bilmədiyim sirk tamaşasından da yaxşı idi...”
Çarli Çaplin.