SON DƏQİQƏ

16 yaşlı qızı qaçıran axunddan XƏBƏR VAR

Tarix:

24-06-2025, 23:32

/ 3 591 dəfə oxundu.
16 yaşlı qızı qaçıran axunddan XƏBƏR VAR

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi. 
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.
GunAz.az xəbər verir ki, bu barədə "Oxu.az"ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.
Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər. 
Quran dərsləri üçün yanına getdiyi axunda qoşulub qaçan 17 yaşlı N. Babayeva öz razılığı ilə bu addımı atdığını deyib. O, xoşbəxt olduğunu və "yaxşı ki belə etdiyini" qeyd edib.
скачать dle 12.1

Şərhlər