Güney Azərbaycan qurumları İlham Əliyevə #TəşəkkürMəktubu yazdıGüney Azərbaycan təşkilatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıblar.
GunAz.az məktubun mətnini təqdim edib:
"Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev,
Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bu gün İran İslam Respublikasının təcavüzkar və ekspansionist siyasətinin nəticəsi olaraq hava hücumlarına şahidlik edirlər. Hərçənd ki, qeyd olunan hücumların hədəfi rejimin hərbi obyektləridir, lakin mülki əhali arasında qorxu, gərginlik və əzab davam etməkdədir. Belə təhlükəli bir şəraitdə Azərbaycan dövlətinin iki dəfə İsrail dövlətindən Türk əhalinin yaşadığı bölgələrdə mülki yaşayış məntəqələrinin və infrastrukturun hədəf alınmaması ilə bağlı tələb irəli sürməsi soydaşlarımız tərəfindən böyük sevinc və məmnuniyyətlə qarşılanmışdır.
Biz, Güney Azərbaycanın təşkilatları olaraq, həm öz adımızdan, həm də millətimiz adından nümayiş etdirdiyiniz bu prinsipial mövqeyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Bu mövqe, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının IX zirvə görüşündə sizin Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqları və təhlükəsizliyi ilə bağlı səsləndirdiyiniz fikirlərin bariz bir təzahürü kimi tarixdə qalacaqdır.
Soydaşlarımızın canına, malına və tarixi Azərbaycan torpaqlarına qarşı digər bir təhlükə isə İranın mərkəzi hakimiyyətinin zəifliyindən istifadə edən xüsusilə PJAK kimi terrorçu qrupların işğalçı planlarıdır. Bu qruplar Güney Azərbaycanın qərb sərhəd şəhərlərinə hücum və işğal hazırlıqları görürlər. Şübhə yoxdur ki, Türk milləti keçmişdə olduğu kimi bu gün də vətəni, canı, malı və namusu uğrunda hər cür fədakarlığa hazırdır. Bununla belə, biz Azərbaycan Respublikasının Prezidentindən bu ciddi məsələnin həlli üçün Azərbaycan xalqına dəstək olmasını xahiş edirik.
Vurğulamaq istəyirik ki, Güney Azərbaycandakı türk milləti bu savaşı istəmir və onun tərəfi deyil. Bu savaş xalqımıza İran İslam Respublikası rejimi tərəfindən təhmil edilib.
Soydaşlarımızın taleyinə və təhlükəsizliyinə göstərdiyiniz diqqət və həssasiyyətə görə bir daha təşəkkür edirik və sizə səmimi arzularımızı bildiririk.
- Güney Azərbaycan Təşkilatları:
- Azərbaycan Demokrat Partiyası – ADP
- Azərbaycan Mərkəz Partiyası – AMP
- Azərbaycan Milli Dirəniş Təşkilatı - Dirəniş
- Güney Azərbaycan Demokrat Partiyası – GADP
- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
- Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi - GAMAC
- Güney Azərbaycan Milli Dövlətçilik Şurası
- Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – Qurtuluş
21/06/2025
#AzərbaycanHəmrəylikKomitəsi