SON DƏQİQƏ

O, çox "təhlükəli" meyxanaçı idi

Tarix:

27-05-2025, 20:55

/ 2 233 dəfə oxundu.
O, çox "təhlükəli" meyxanaçı idi

Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.
GunAz.az xəbər verir ki, verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:
“Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:
“Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik”. Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə “o, çox “təhlükəli” meyxanaçı idi. Heç kimdən çəkinmirdi” deyib.

O həmçinin meyxananın əvvəlki və hazırkı dövrü arasındakı fərqlərdən, övladlarından və onlara verdiyi tərbiyədən danışıb.

скачать dle 12.1

Şərhlər