SON DƏQİQƏ

AYNA-nın “parkinq cəhənnəmi”

Tarix:

21-04-2025, 12:54

/ 2 335 dəfə oxundu.
AYNA-nın “parkinq cəhənnəmi”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözün əsl mənasında paytaxtda nəqliyyat problemlərinin “aynası”na çevrilib. Problemləri, yaradılmış süni əngəlləri və hər gün paytaxt sakinlərinin həyatını cəhənnəmə çevirən nəticələrini görmək üçün uzağa getməyə ehtiyac yoxdur, AYNA-nın “parkinq xidməti”nə baxmaq real, həm də acınacaqlı vəziyyəti anlamağa yetərlidir.
GunAz.az xəbər verir ki, AYNA-nın parkinq xidməti fəaliyyəti başlayanda paytaxtın parklanma probleminin nəhayət həll olunacağına, park yeri uğrunda “küçə döyüşünə” bənzər mübarizənin bitəcəyinə böyük ümidlər yaranmışdı. Həqiqətən də qurum parklanma yerləri yaratdı, qiymətlər tərs-mütənasib olsa belə, müəyyən bir sistem formalaşdırıldı. Amma AYNA o qədər irəli getdi ki, paytaxtın hər yerini – ara məhəllələri, səkiləri, bir sözlə “boş yer” kimi gördüyü bütün əraziləri parklanmaya çevirdi. Halbuki, bu nə qanuna uyğundur, nə də parklanma probleminin həll edilməsi məsələsi deyildikdə bu, nəzərdə tutulmurdu.
Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, Bakı şəhəri üzrə mərkəz və 4 parklanma zonası müəyyən edilib. Qərarda deyilmir ki, hər küçə, hər dalan parklanma yeridir.
AYNA isə az qala hər səkini parklanma yeri təyin edərək, faktiki olaraq, qanunu pozur, həm də insanların yaşayış zonasına kobud müdaxilə edir. İnsanların yaşadığı evin həyətyanı sahəsi, yaxud evinin qarşısı onun yaşayış zonası hesab olunur. Və avtomobilinin park edilməsi nəqliyyatın hərəkətinə mane olmursa, yaxud digər insanların həyatına problem yaratmırsa, buna görə nə üçün ödəniş etməlidir?
AYNA-nın pulsuz park etmək üçün talonun verilməsi qaydası da sübut edir ki, qurum bütün yaşayış zonalarını zəbt edib, edə bilmədiklərini də nəzarətə götürməyi planlaşdırır.
AYNA hələ ötən il elan etmişdi ki, pulsuz park üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.
Bu, hansı məntiqə sığır, yaxud ölkədə qanunları AYNA təyin edir?
Qaydalara görə, avtomobili olan şəxslər “Azparking” mobil əlavəsi vasitəsi ilə müraciət edərək, 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər.
AYNA da deyir ki, vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə, yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz. Halbuki, vətəndaşın yaşayış yeri şəxsiyyət vəsiqəsinə uyğun müəyyən edilir və bəllidir ki, paytaxt sakinlərinin yarısı, bəlkə də yarıdan çoxunun qeydiyyat ünvanı ilə yaşadığı ünvan fərqlidir.
Yaxud hansısa vətəndaşın evinin çıxarışı yoxdursa, deməli avtomobil sürə bilməz, sürürsə, parklanma talonu əldə edə bilməz. Burada parklanma probleminin həll edilməsindən daha çox, məsələyə biznes nöqteyi-nəzərindən yanaşmanın olmasından ibarətdir. Çünki bir park talonu üçün vətəndaşdan evinin çıxarışına qədər sənəd tələb etməyin başqa adı yoxdur. Ara məhəllələrdəki vəziyyət də bunu aydın şəkildə göstərir.
скачать dle 12.1

Şərhlər