SON DƏQİQƏ

Ana dilimizi qoruyaq!

Tarix:

21-02-2025, 08:02

/ 4 144 dəfə oxundu.
Ana dilimizi qoruyaq!

Bu  dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək

                                   Bəxtiyar Vahabzadə
        Hər bir xalqın kimliyini, tarixini, bir millət olaraq  özünəməxsusluğunu müəyyən edən, keçmişi , bu günü və gələcəyi arasında əbədi, qırılmaz körpü yaradan onun dili və bu dili zənginləşdirən, inkişaf etdirən ədəbiyyatıdır.Xalqın coğrafi və mənəvi sərvətləri olan  torpaq və dil  vətəni vətən edən əsas  məfhumlardır. 
           Ana dilimizi qorumaq hər bir insanın milli və mənəvi borcudur. Biz dilimizə sahib çıxmasaq, gələcək nəsillər onu tamamilə unuda bilər. Dili qorumaq, yaşatmaq, inkişaf etdirmək missiyası əsasən əsrlər boyu həmin dildə danışan xalqın yetirdiyi böyük tarixi şəxsiyyətlərin üzərinə düşüb. Bu baxımdan bu gün Ana dilimizin tarixinə nəzər salsaq bu sahədə fəaliyyət göstərmiş, mübarizə aparmışbir sıra ədib  və siyasi xadimlərin necə böyük xidmətləri olduğunun şahidi olarıq. Bu sahədə danılmazəməyi olan Ulu öndər Heydər Əliyevdəfələrlə vurğulamışdır ki, Azərbaycan dili xalqımızın milli kimliyinin və müstəqilliyinin əsas sütunlarından biridir. O, Azərbaycan dilinin inkişafı və dövlət dili statusuna yüksəldilməsi üçün çox mühüm addımlar atmışdır.Ana dilimiz haqqında demişdir:”Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir”
Ana dilimizi qorumaq hər birimizin milli və mənəvi borcudur. Bunun  üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Dilimizi yaşatmaq üçün onu gündəlik həyatda düzgün istifadə etməli, ədəbi əsərlər oxumalı, gənc nəsli maarifləndirməli və milli dəyərlərimizi təbliğ etməliyik.Ana dilinin saflığının qorunmasında ilk addım uşaqlara körpəlikdən öz ana dillərini öyrətməkdir.Bu addım dilin qorunması ilə yanaşı uşağın  təfəkkürünün inkişafında , vətənə layiqli şəxsiyyət kimi  formalaşmasında mühum  rol oynayır. 
Dilini sevən və qoruyan xalq öz mədəniyyətini, tarixini və kimliyini də qorumuş olur.Dilini qorumayan  xalqın gələcəyi də yoxdur.Unutmayaq ki, dilimiz nə qədər yaşasa, millətimiz də bir o qədər güclü və möhkəm olacaq!Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə milliyət uğrunda mübarizənin əsas istiqamətinin dilin qorunması olduğu  fikrini irəli sürür : "Milliyyət naminə aparılan mübarizələrin tarixi öyrənilsə, aydın olar ki, bu mübarizədə ən çox müdafiə olunan dildir. Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda və dilə bağlı olan məktəb, ədəbiyyat, mətbuat uğrunda mübarizədir. Həqiqətən, milləti hər şeydən artıq dil təmsil edir".
       Hər bir xalqın varlığını və milli kimliyini qorumasında ana dilinin əvəzsiz rolu vardır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də bir xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və mənəvi dünyasını yaşadan ən böyük dəyərlərdən biridir. Lakin qloballaşma dövründə bir çox dillər yox olma təhlükəsi ilə üzləşir, bəzi xalqlar isə öz ana dilindən uzaqlaşaraq yad dillərdə danışmağa üstünlük verirlər. Bu, mədəniyyətimizin zəifləməsinə və dilimizin zamanla unudulmasına gətirib çıxara bilər.“Dil, bir xalqın ən yüksək sənətidir. Dili qorumaq isə onun sənətini, mədəniyyətini qorumaq deməkdir.”Dahi darmaturq Hüseyn Cavidə məxsus olan bu fikirdə dilin xalqın mədəni həyayında necə mühüm rol oynadığı ifadə olunub. 
Ana dilinin mənimsədilməsi üzrə  aparılan işlər  tədris və təhsillə  yanaşı, uşaqların mənəvi tərbiyəsinə, əqli   inkişafınaxidmət göstərir. Ana dilinin köməyi ilə uşaqlarda  doğma vətənimizə, yurdumuzun  gözəlliklərinə məhəbbət, xalqımızın adət və ənənələrinə, haqqa, ədalətə hörmət və sədaqət tərbiyə edilir.Anadilində düzgün danışa bilməyən, doğma dilini anlamayan uşaq vətənpərvər böyüyə bilməz. Buna görə də gələcəyimizi sağlam qurmaq vətənpərvər gənclər yetişdirmək üçün ana dilimizi sevməli və gələcək nəsillərə də sevdirərək doğma dilimizi saf şəkildə   növbəti nəsillərə ötürməliyik.Ümummilli lider Heydər Əliyevin bu sahədə gənclərə nəsihəti çox dəyərlidir. Hər bir Azərbaycan gənci bunu bilməli və əməl etməlidir:“Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 
Müəllimə Qasımova Tənzilə Sərvər qızı 
скачать dle 12.1

Şərhlər