“Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”Dilimizin qorunması, inkişafı uğrunda mübarizə aparan Firudin bəy Köçərliyə aid olan bu cümlələrdə ana dilinin bir millətin formalaşmasında necə əhəmiyyətli olduğu əks olunur. Dil təkcə ünsiyyət vasitəsi olmayıb milləti var edən, insanları formalaşdıran, şəxsiyyət kimi yetişdirən,mədəniyyətin əsasını təşkil edən ən vacib ünsürlərdəndir.
Uluöndər Heydər Əliyevin və davamçısı cənab prezident İlham Əliyevin siyasi startegiyasının əsas motivlərindən birinin “Ana dili məsələsi” olması təsadüfi deyildir.Ümummilli liderin söylədiyi bu fikirdədilin bir millətin var olması üçün nə qədər əhəmiyyətli olduğu öz təsdiqini tapır:”İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,ölməzdir, böyük gələcəyə sahibdir.”
Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşaraq bu sahədə bir sıra addımlar atmış,problemlırin həll olunması üçün əlverişli şərait yaratmışdır .
Körpəlik dövründən uşaqlara ana dilinə məhəbbət aşılanmalıdır. Onlar bilməlidirlər ki,dünyanın ən gözəl dillərindən biri olan Azərbaycan dili onların ana dilidir.Bu prosesə uşaq ana bətnində olarkən başlamaq lazımdır.Tədqiqatlardan belə məlum olur ki, uşaq ana bətnində olarkən ətrafdakı səsləri eşidir və doğuşdan sonra ananın hamiləlik dövründə ünsiyyət etdiyi dili daha asanlıqla tanıyır, öyrənir və daha rahat dil açır. Uşaqdil açanadək emosional ünsiyyət saxlayır.Bu dövr nitqə yiyələnməyə hazırlıq dövrü hesab olunur,həmin dövrdə ətrafdakı böyüklərin ana dilindən istifadə etməsi çox vacibdir. Bu uşağın həm idraki inkişafına, həm də onlarda düzgün nitqinin formalaşmasına müsbət təsir göstərir
Ünsiyyət qurma vərdişinin formalaşması dövründə düşüncələrini,hisslərini,duyğularını ana dilində ifadə etməsi uşağın ümumi inkişafının əsas şərtidir.Ana dilinin gözəlliklərinə yiyələnməklə uşaqlar öz fikirlərini kifayət qədər düzgün, sərbəst, dəqiq və incəliklə dilləndirəbilir və bu, insanlarla ünsiyyət zamanıdildən doğru şəkildə istifadə edilməsinə, aydın qavramasına gətirib çıxarır.Uşaq ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir ki,bu onun lüğət ehtiyatını zənginləşdirilməsinə, əşya və hadisələr haqqında fikirformalaşdırılmasında rol otnayır. Uşaqlar ətraf aləm haqqında ilkin bilikləri, nəsildən-nəslə ötürülən bəşəri təcrübəni, ünsiyyət bacarığınınitqin köməyi ilə onların inkişafında mühüm əhəmiyyət kəsb edən şəxslərdən-valideyn və müəllimlərdən öyrənirlər.Ana dilinəyiyələnmə ilk olaraq ailədə başlanır. Bu baxımdan ilk öyrədilən dil insanın öz genetik kodlarını da ifadə etməli vəbuna xidmət göstərməli olduğu üçün uşağın ilk ünsiyyət qurduğu dil doğma ana dili-mənsub olduğu millətin dili olmalıdır. Bu da körpənin böyüdüyü ailədən asılıdır. Gələcək nəsli yetişdirməkdə olan valideynlər bu məsələdəhəssaslıq göstərməli , ana dilinə laqeyd yanaşmamalıdırlar. Çünki yetişməkdə olan nəslin təlim- tərbiyəsində,həqiqi bir vətəndaş kimi yetişməsində, təhsilində ilk hansı dilə yiyələnməsinin çox böyük əhəmiyyəti, təsiri vardır.
Ana dilimizin saflığını, düzgünlüyünü qorumaq, zənginləşməsi, inkişaf etməsi üçün ilk olaraq, dilimizdən ədəbi dil normalarına uyğun olaraq istifadə etməliyik. Həm ailədə, həm də təlim tərbiyə mühitində ana dilinin leksikologiyasına daxil olan doğma sözlərimizdən istifadə etməli, Azərbaycan dilində bədii qiraətlə daha çox məşğul olmalıyıq.Bunun üçün də uşaqlarda erkən yaşlardan mütaliə vərdişlərini təbliğ etməliyik.Mütaliə vərdişlırinə yiyələnənə qədər isə övladlarımızerkən uşaqlıqdan nənə və babalarınınnağıllarını, bayatılarını və əfsanələrini dinləyərək vətənimizin gözəlliklərini bədii nümunələrdə yaşayır.Anaların, nənələrin körpələr üçün oxuduğu laylaylar,oxşamalar, əzizləmələr estetik zövqü formalaşdırmaqla yanaşı, idrak fəallığı da artırır.
Ana dili məktəbəqədər yaşlı uşaqların əqli və əxlaqi tərbiyəsinin aparıcı qüvvəsidir.iki yaşında danışmağa başlayan uşağın tam olaraq 6-7 yaşında nitqi inkişaf edir, ətrafındakılarla ünsiyyət qurur ki, bu dövrdə ana dilini heç bir şey əvəz edə bilməz. Nitq inkişafının əsasını ana dilinə düzgün yiyələnmək təşkil edir ki,bu,nitq mədəniyyətinə yiyələnmiş, fikirlərini səriştəli və məntiqi şəkildə ifadə etməyi bacaran, intellektual və mənəvi cəhətdən inkişaf etmiş bir şəxsiyyətin formalaşmasındavacib şərtdir.
Dil mədəniyyətin əsasını təşkil ediyi üçün ana dilinin öyrənilməsi estetik tərbiyə və mədəni hissləri formalaşdırır.Uşaq ana dilində nitq bacarıqlarına yiyələndirilərkən onda təbiətə, insana, cəmiyyətə və sənətə zərif münasibət aşılanır. Ana dili mədəni inkişaf vasitəsi olaraq estetik zövqü formalaşdırma xüsusiyyətinə malikdir.
Mədəni və mənəvi inkişafın aparıcı vasitəsi olan ana dilini ünsiyyət vasitəsi kimi istifadə edərək uşaq öz nəslinin mədəniyyətini , ətrafındakı dünya və özü haqqında öyrənir.
Ana dilinin mənimsədilməsi üzrə aparılan işlər tədris və təhsillə yanaşı, uşaqların mənəvi tərbiyəsinə, əqli inkişafınaxidmət göstərir. Ana dilinin köməyi ilə uşaqlarda doğma vətənimizə, yurdumuzun gözəlliklərinə məhəbbət, xalqımızın adət və ənənələrinə, haqqa, ədalətə hörmət və sədaqət tərbiyə edilir.Anadilində düzgün danışa bilməyən, doğma dilini anlamayan uşaq vətənpərvər böyüyə bilməz. Buna görə də gələcəyimizi sağlam qurmaq vətənpərvər gənclər yetişdirmək üçün ana dilimizi sevməli və gələcək nəsillərə də sevdirərək doğma dilimizi saf şəkildə növbəti nəsillərə ötürməliyik.
Dilin qorunması millətin hər bir nümayəndəsinin borcudur. Dilini qorumayan xalqın gələcəyi də yoxdur.Ana dilinin saflığının qorunmasında ilk addım uşaqlara körpəlikdən öz ana dillərini öyrətməkdir.Bu addım dilin qorunması ilə yanaşı uşağın təfəkkürünün inkişafında , vətənə layiqli şəxsiyyət kimi formalaşmasında mühum rol oynayır.
Qasımova Tənzilə Sərvər qızı
Azərbaycan Dövlət Pedaqoji Kolleci,
Azərbaycan dili və ədəbiyyat fənn
birləşməsinin müəllimi
.