" Polis haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən polis vətəndaşın mənzilinə yalnız aşağıdakı hallarda daxil ola bilər:
1. Hakimin qərarı varsa,
2. Digər şəxslərin hüquq və azadlıqlarının qorunması,
3. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin qarşısının alınması,
4. Bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların qarşısının alınması,
5. Epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə.
Məhkəmənin (hakimin) qərarı olmadan polis aşağıdakı hallarda mənzilə daxil ola bilər:
1.Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və hazırlanmasına aid əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi,
2. Həmin cinayətləri hazırlayan, törədən, törətmiş şəxsin yaşayış yerində gizlənməsi,
3. Azadlıqdan məhrumetmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi,
4. Yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması,
5. Yaşayış yerində insan meyitinin (meyit hissələrinin ) olması,
6. Cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi.
Polis əməkdaşı yaşayış yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə daxilolmanın əsaslarını bildirməlidir. Bununla yanaşı, yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir.