Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımızı ucaldıb.
GunAz.az xəbər verir ki , yeni qurulan bayraq dirəyinin hündürlüyü 191 metrdir.
Meydandakı bayrağımız uzunluğuna görə Ginnesin rekordlar kitabına düşüb.
Xatırladaq ki, 2017-ci ildə söküntüsünə başlanılan və yeni dirəyin quraşdırıldığı meydanda bu il avqustun 2-də bayraq test məqsədilə ucladılmış, daha sonra götürülmüşdü.
Fotoqrafımız Pərvin Zeynalın Dövlət Bayrağı Meydanından lentə aldığı fotoları təqdim edirik: