SON DƏQİQƏ

Metroda yubanma oldu.

Tarix:

11-10-2024, 20:21

/ 3 069 dəfə oxundu.
Metroda yubanma oldu.

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.
Gunaz.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.
Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
скачать dle 12.1

Şərhlər